Azərbaycanda energetik içkilər bazarında LİDER KİMDİR? - İQTİSADİ ARAŞDIRMA

Azərbaycan bazarında enerji içkilərə xüsusi tələbat var. Hər il böyüyən enerji içkilər bazarında alıcıların seçimi əsasən iki marka arasında az fərqlə dəyişir.

Metbuat.az xəbər verir ki, Azərbaycanda 18-65 yaş aralığında olan əhalinin 37 faizi enerjik içki istifadəçisidir.

Yerli bazarda əsasən üç marka mübarizə aparır.

2019-cu ilin göstəricilərinə görə energetik içkilər bazarının lideri “Hell” olub. Belə ki, 2019-cu ildə alıcıların 28 faizi “Hell’’, 25 faizi “Bizon’’, 14 faizi isə “Red Bull’’-a üstünlük verib. “Coca-Cola”nın “Burn” məhsulu 6 faiz alıcının tələbatında olub. “Jaguar’’ markası da 2019-cu ildə 6 faiz alıcının seçimində olub. Digər markalar toplamda 22 faizlə, daha az faiz yığıb. Burada 4-5 faiz aralığı ilə “Flash up”, “Carabao’’, “Pitbull” alıcısı olub.



Buna baxmayaraq, lider markanı illər üzrə analiz etdikdə, görünən düşüş var. “Hell’’ 2017-ci ildə 35 faiz, 2018-ci ildə 45 faiz alıcı kontingentinə sahib olub.

Statistikaya əsasən bazarda yüksələn xəttlə alıcı diqqətində olan məhsul “Bizon’’-dur.

2017-2019-cu illər arasında “Bizon’’ 11 faizdən 25 faizə kimi qalxa bilib. Yalnız “Red Bull’’ əksinə 2017-ci ildə 25 faiz alıcının seçimi olsa da, iki il ərzində 14 faizə qədər geriləyib.

Qeyd edək ki, məqalədə istifadə olunan iqtisadi göstəricilər Metbuat.az-ın "ERA" Marketinq Mərkəzindən aldığı məlumatlara əsaslanır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR