Azərbaycan şahmatçılarının qatılacağı dünya çempionatı təxirə salındı

Bu ilin sentyabrında Rumıniyada keçirilməsi planlaşdırılan şahmat üzrə gənclər arasında dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı xəbər yayıb.

Turnir Rumıniya Şahmat Federasiyasının istəyindən sonra FIDE-nin İdarə Heyətinin qərarı ilə başqa vaxta keçirilib.

Dünya çempionatının yeni tarixi yarışın startına 4 ay qalmış açıqlanacaq.

Qeyd edək ki, dünya çempionatında azərbaycanlı şahmatçıların da iştirakı gözlənilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR