Zabrat sakini narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən saxlanıldı

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları keçirib.

Zabrat qəsəbəsi ərazisindəki Zabrat dəmir yolu stansiyasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Kərimullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR