“Otello” tamaşası onlayn təqdim olunacaq

Dövlət “Yuğ” Teatrı mərhum rejissor Vaqif İbrahimoğlunun quruluşunda hazırlanmış “Otello” (U.Şekspir) tamaşasını sosial şəbəkədəki hesabları vasitəsilə virtual şəkildə təqdim edəcək.

Metbuat.az xəbər verir ki, mayın 23-də nümayiş etdiriləcək səhnə əsərində rolları Xalq artisti Məmməd Səfa Qasımov, Əməkdar artistlər Yaqut Paşazadə və Qasım Nağı ifa edir.

Tamaşa saat 19:00-da teatrsevərlərin ixtiyarına veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR