Xüsusi təhlükəli hava barədə xəbərdarlıq olundu - DİQQƏT!!!

Dövlət Dəniz Agentliyi xüsusi təhlükəli hava barədə xəbərdarlıq edib.

Agentlikdən Azvision.az -a verilən məlumata görə, mayın 23-ü gündüzdən 24-ü axşamadək Xəzər dənizi akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti 19-24 m/s, arabir 28-33 m/s-dək güclənəcək, 23-ü axşamdan 24-nə keçən gecə isə açıq dənizdə arabir 35-38 m/s-dək şiddətlənmə ehtimalı var.

Xəzər dənizində dalğanın hündürlüyü 3-5 metr, sonrakı inkişafda 6-8 metr və daha çox olacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR