Məşhur aparıcının oğlu mənzilində ölü tapıldı - FOTO

Rusiyalı məşhur aparıcı Svetlana Morqunovanın oğlu Maksim koronavirusdan vəfat edib.

Metbuat.az xəbər verir ki, 80 yaşlı aparıcının yeganə oğlu Maksim ölümünün son gününə qədər virusa yoluxduğunu gizli saxlayıb.

Mayın 10-da virusun simptomlarını hiss edən 52 yaşlı Morqunov COVİD-19 testindən keçib. Analiz cavabının müsbət olduğunu öyrənsə də, bu barədə yaxınlarına heç bir məlumat verməyib. Beləliklə o, ev şəraitində özünü müalicə etməyə başlayıb.

Maksim xəstə olduğu müddətdə isə onun həyat yoldaşı və qızı bağ evlərində yaşayırmış. Telefon zənglərinə cavab verməyən Svetlanın oğlu öz mənzilində ölü tapılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR