.

Bu gün Ramazan bayramıdır

Bu gün Azərbaycanda Ramazan bayramıdır.

Metbuat.az xəbər verir ki, Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edir.

Koronavirus pandemiyası ilə əlaqədar ölkə məscidlərində bayram namazı qılınmayacaq. İnsanlar yalnız evdə dini ibadətləri yerinə yetirə bilərlər.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR