Sosial media fenomeni aylıq qazancını açıqladı:

Satışa çıxardığı kosmetika brendi ilə gündəmdə olan sosial media fenomeni Selin Ciyərci aylıq qazancını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Selin sosial media reklamlarından əldə etdiyi aylıq qazancının 600 min lirə olduğunu bildirib.

O qeyd edib ki, belə getsə, Türkiyədə vergi rekordçusu olacaq: "1 ay sonra 1 milyon lirə vergi ödəyəcəyəm. Nə qədər qazandığımı siz düşünün. Belə getsə vergi rekordçusu olacam. Mənə "oturduğun yerdə pul qazanırsan" deyirlər. Mən arı kimi işləyirəm. Yanımda 72 nəfər çalışır".







Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR