Türkiyədə daha 32 nəfər koronavirusun qurbanı oldu

Türkiyədə son sutka ərzində 32 nəfər koronavirusdan dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1141 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4340, yoluxanlar isə 156 min 827 nəfərə çatıb.

Türkiyədə indiyədək 118 min 649 xəstə sağalaraq evə buraxılıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR