.

SON DƏQİQƏ: TƏBİB məlumat yaydı

Azərbaycanda koronavirusla bağlı 24 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5672 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 270 min 739-a çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 56, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.

Azərbaycanda indiyədək 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR