Məmmədyarov Çavuşoğlu ilə telefonla danışdı

Bu ilin 24 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefon söhbəti olub.

Xarici İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May- Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul edib.

Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər və ən xoş arzularını ifadə ediblər.

Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR