.

"Atletiko"nun hücumçusu zədələndi

"Atletiko"nun futbolçusu Joau Feliks zədələnib.

Metbuat.az xəbər verir ki, o, məşq zamanı zədə alıb.Tibbi müayinədən keçən 20 yaşlı hücumçunun sol diz bağlamasında dartılma aşkarlanıb. Portuqaliyalı futbolçunun bərpa müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Feliks bu mövsüm La Liqada 20 matçda 4 qol vurub, 1 qolun ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR