"Xalam qızı Dubaya gəzməyə getdi, qayıtmadı" - Pərvindən maraqlı AÇIQLAMA / VİDEO

.

"Ev almışam. Banka borcum var. Özü də aşağı yox, yuxarı kreditdir. Aylığı çoxdur".

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Söhbət var" proqramında deyib. Sənətçi kreditindən danışıb.

Pərvin daha sonra sevgidən bəhs edib. O bildirib ki, əvvəl ailə qurmaq haqda düşünmürdü, indi isə bu haqda fikirləşir:

"Elə istəyirəm baldızlarım, qayınlarım, qayınana, qayınatam olsun. Ürəyim gedir. Sevdiyim insanla ailə qursam, kəndə də yaşayaram".

Aktrisa daha sonra xala qızı ilə bağlı maraqlı açıqlama edib:

"Xalam qızı ərəblə ailəlidir. Dubayda, yerli bir ərəbə ərə gedib. O da Dubayın şeyxi yox, kasıbıdır. Xalam qızının qəribə xasiyyəti var idi, hara gedirdi orada qalırdı. Anam ömürboyu onu axtarıb. Özümü tanıyandan xalam qızını anamla axtarmışıq. Dinamik, enerjili qız idi. Bir gün rəfiqəsi ilə Dubaya gəzməyə getdi. Bir həftəlik getmişdi, qayıtmadı. Anam yığdı ki, harda qaldın? Bir-iki ay keçdi, zəng etdi ki, ərə getmişəm. İndi qapanıb, uşağı olacaq. O, açıq geyinən qızdan əsər-əlamət qalmayıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR