Qadın qonaq getdiyi evdən 10 min manat OĞURLADI

Astarada qadın qonaq getdiyi evdən pul və qızıl əşyalar oğurlayıb.

Metbuat.az xəbər verir ki,bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Astara şəhər sakini T.Ağayev polisə müraciət edərək evindən 10 min manat pulun və 1 160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR