.

Azərbaycanın bu kəndində 21 nəfər virusa yoluxdu

Kürdəmirin bir kəndində virusa tutulanların sayı 21-ə çatıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, rayonun Sığırlı kəndində 21 nəfərdə virus aşkarlanıb.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağəli Kərimli APA-nın yerli bürosuna bildirib ki, indiyə kimi rayon üzrə koronavirusa 67 yoluxma faktı qeydə alınıb. Onlardan 17 nəfər sağalaraq evə buraxılıb. Əsas yoluxma Sığırlı kəndində qeydə alınıb - 21 fakt. Bundan başqa, Kürdəmir şəhərində 20, Yenikənd kəndində 8, Atakişilər kəndində 7, Qağaçılı kəndində 3, Qarşıdakı kəndində 3, Şüşün kəndində 3, Topalhəsənli kəndində 1, Şahsevən kəndində də 1 nəfərdə koronavirus aşkarlanıb.

Ağəli Kərimlinin sözlərinə görə, hazırda Sığırlı kəndi istisna olmaqla, rayonun digər ərazilərində son günlərdə insanlarda virus aşkarlanmayıb: “Sığırlı kəndində də vəziyyət tam nəzarətə götürülüb. Belə ki, virusa tutulanların sayında hər gün azalmalar müşahidə olunur.

Ötən gün axşam saatlarından bu vaxta kimi 4 nəfərdə virus aşkarlanıb. Vəziyyətin stabilləşməsi üçün müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər görülür”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR