Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ -

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə bu gün səhər Stansiya Sumqayıt yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan üçü hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan biri, sürücü olduğu deyilən 1984-cü il təvəllüdlü Ramil adlı şəxsdir.

Məlumata görə “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu həlak olub. Müdafiə Nazirliyi faktı APA-ya təsdiqləyib.

TƏBİB-dən isə APA-ya bildirilib ki, qəza zamanı 4 hərbçidən əlavə 1 mülki şəxs də həyatını itirib.

Qeyd olunub ki, yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR