Türməyə bibər turşusunda narkotik keçirmək istədi -

Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinə cəhd edilib.

Metbuat.az xəbər verir ki, Penitensiar Xidmətin mətbuat xidmətindən verilən məlumata görə, məhkum Məmmədli Nicat İlkin oğluna tanışı Sumqayıt şəhər sakini Rəhimli Ramin Mansur oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman plastmas qabda olan bibər turşusunun içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,512 qram narkotik vasitə “marixuana” aşkar edilib.

Qyed edək ki, məhkum N.Məmmədli Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR