Azərbaycanda gödəkcənin qolunda gizlənmiş gürzə 46 yaşlı kişini sancdı - VİDEO

.

Zaqatalanın Suvagil kənd sakini, 46 yaşlı Nəcəf Balayev kəndin inzibati ərazisində çöllük sahədə mal-qara otaran zaman əyninə gödəkcə geymək istədikdə, üst geyiminin qolunda gizlənmiş gürzə ilanı onun sol əlindən sancıb.

Metbuat.az xəbər verir ki, o, yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilən Nəcəf Balayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Nəcəf Balayevin vəziyyətinin orta-ağır olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR