ABŞ polisi qaradərilini boğaraq öldürdü -

ABŞ-da fırıldaqçılıqla məşğul olan şəxs saxlanılarkən polis tərəfindən boğularaq öldürülüb.

Metbuat.az xəbər verir ki, hadisə Minneapolis ştatında qeydə alınıb.

Belə ki, polis dizi ilə şübhəli şəxsin boynunu sıxıb. Bu zaman həmin şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də, polis buna məhəl qoymayıb. Bir müddət sonra şübhəli qaradərili şəxs huşsuz vəziyyətə düşüb. Bundan sonra o, yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Polis onun xəstəlikdən öldüyünü açıqlasa da, videodan görünür ki, şübhəli asayiş keşikçisinin tətbiq etdiyi zorakılıqdan həyatını itirib.

Qeyd edək ki, şübhəli şəxsin ölümü ilə əlaqədar cinayət işi açılıb və hadisədə günahlandırılan polislər işdən çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR