.

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ

Azərbaycanda koronavirusla bağlı 26 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 2927 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 276 min 338-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 63, süni tənəffüs cihazında olan xəstə sayı 13-dür.

Azərbaycanda indiyədək 4403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR