.

Bu gün Xətai rayonunda su olmayacaq

.

Bu gün Bakının Xətai rayonunun bir hissəsində su olmayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin İşlər idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıl məlumat verib.

Onun sözlərinə görə, yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar Xocalı prospektinə, eləcə də M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov və R.Əliyev küçələrinə içməli suyun verilişi dayandırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR