Şəkidə 1 tona yaxın yaxın çətənə kolu aşkar olunaraq məhv edilib

“Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Baş Göynük kəndi ərazisində ümumi çəkisi 936 kq yabanı halda bitən 6 234 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR