''Yoluxma sayında artım karantin rejimini sərtləşdirə bilər'' - MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA

Karantin rejiminin yumşaldılması zamanı açılan müəssisələr yenidən bağlana bilərmi?

Metbuat.az xəbər verir ki, bununla bağlı deputat Azər Badamov bildirib ki, çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son 10 günün dinamikasında yoluxanların sayında kəskin artım müşahidə olunur:

"Bu karantin rejimində həyata keçirilmiş yumşalmalarla bağlıdır. Yumşalmaların olmasına baxmayaraq karantin rejiminin qaldığını biz yaddan çıxartmamalıyıq. Karantin rejiminin əsas tələbi ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, qoruyucu tibbi maskadan istifadə olunmasıdır. Amma son günlərdə yoluxmalardakı artımlar yenidən karantin rejiminin sərtləşdirilməsi məsələsini gündəmə gətirə bilər.Təbii ki, karantin rejimi haqında bütün qərarları Operativ Qərargah verir. Millətin sağlamlığı üçün ehtiyac yaranarsa yeni qaydalar tətbiq oluna bilər".(sonxeber)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR