İranda son sutkada 56 nəfər virusdan öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 56 nəfər vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 7 564 nəfərə çatıb. Son sutka ərzində koronavirusa 2 080 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 141 591 nəfərə çatıb. İndiyədək ölkədə xəstəlikdən 111 176 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2 551 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Mənbə: İRNA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR