.

Məhərrəm ayı bu tarixdə başlayacaq

Bu il Azərbaycanda Məhərrəm ayı Miladi təqvimi ilə avqustda başlayacaq.

Metbuat.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Vüsal Cahangiri Lent.az-a bildirib ki, bu il ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimi ilə avqustun 21-nə təsadüf edir.

Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq.

Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür.

Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq.

QMİ əməkdaşı onu da bildirib ki, bu il Qurban bayramı iyulun 31-nə təsadüf edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR