Qəbələdə birmərtəbəli evin yanar konstruksiyaları yanıb

Qəbələ rayonunun Topbağ kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR