Bu ağaclar təhlükəlidir! -

Mingəçevirdə tez-tez külək əsməsə də, təbiət hadisələrindən bu şəhər də sığortlanmayıb.

Metbuat.az Baku tv-yə istinadən xəbər verir ki, son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsi burada nəhəng ağacları kökündən qoparıb.

Uzunluğu və iri budaqları ilə diqqət çəkən ağaclardan biri isə 12 nömrəli orta məktəbin stadionuna aşıb. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb, amma nəzərə alsaq ki, ağac aşan ərazinin 1-2 metrliyində uşaqların idman hərəkətləri etdiyi qurğular var, onda düşünməyə dəyər.

Şəhər sakinləri deyirlər ki, yaşı 150-dən çox olan bu ağaclar ucbatından yollarını tez-tez dəyişməli olurlar.

Beləliklə Mingəçevirdə küləyə tab gətirməyib aşan və aşmağa hazırlaşan ağaclar çoxdur. Adiyyatı qurumlar isə hələ gözləmə mövqeyindədirlər.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR