​Beynəlxalq Miqrasiya Təşkilatı Qazaxda icmanın məlumatlandırılması üçün onlayn görüş keçirdi

Beynəlxalq Miqrasiya Təşkilatı Qazaxda icmanın məlumatlandırılması üçün onlayn görüş keçirdi.

Metbuat.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri mayın 22-də Qazax rayonunun Çaylı kəndinin icmasının üzvlərinin iştirakı ilə onlayn görüş keçirdilər.

BMqT-nin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi barədə iştirakçılara məlumat vermis və görüşdə təmir olunacaq kəhrizlərin işlək halda qalmasında layihə benefisiarlarının rolunun yüksək əhəmiyyəti vurğulanmışdır. Onlayn yığıncaqda həmçinin, icma üzvlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün icma üzvlərinin iştirakı ilə kənddə yaradıcılaq Su İstifadəçi Komitəsinin layihənin icrası zamanı və sonrakı dövrlərdə vəzifə və öhdəlikləri izah edildi.

İcma üzvlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün onlayn yığıncağın sonunda Su İstifadəçi Komitəsinə 9 üzv seçildi.

Qeyd edək ki, dörd illik layihə ölkənin 8 rayonundaənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailənin təhlükəsiz və davamlı su ilə təminatını nəzərdə tutur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR