Azərbaycanlı aktyor xəstəxanaya yerləşdirildi -

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevdə pnevmoniya aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə “unikal.org”a əməkdar artistin özü məlumat verib.

O bildirib ki, hazırda xəstəxanada müalicə olunur:

“Qızdırma və öskürəyim olduğu üçün koronavirus testindən keçdim. Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişəm.

Mənə sətəlcəm olduğumu dedilər. Koronavirusla bağlı testin cavabını gözləyirəm. Ondan sonra vəziyyətim dəqiq bilinəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR