BDU-nun Kimya fakültəsində "28 May - Azərbaycan tarixinin şanlı səhifəsi" adlı

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə 28 may - Respublika Gününə həsr olunmuş “28 May -Azərbaycan tarixinin şanlı səhifəsi” mövzusunda onlayn tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbir iştirakçılarını Respublika Günü münasibətilə təbrik edən moderator, Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söyləyib. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra Respublika Günü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib, tələbələrin ifasında şeirlər səsləndirilib, AXC haqqında tarixi məlumatlar təqdim olunduqdan sonra “Bakı mənzərəsi” adlı rəsmin çəkiliş videotəqdimatı və “Xalq Cümhuriyyəti dövrundə Azərbaycan qadınları” mövzusunda məruzə iştirakçıların böyük marağına səbəb olub.

Kİmya fakültəsinin dekanı Abdulsəyid Əzizov, dekan müavini Fuad Kərimli və fakültə tələbə həmkarlar təşkilatının sədri Emin Qulusoy 1991-ci ildə ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz müstəqilliyini möhkəmləndirdiyini, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldüyünü, bu gün respublikanın hərtərəfli və sürətli inkişafı naminə Ulu Öndər Heydər Əliyev ideyalarının cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyiblər.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş tədbir sualların cavablandırılması ilə yekunlaşıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR