Türkiyəyə meteorit düşdü -

Türkiyədə ötən axşam səmanın bir anda işıqlanması insanları qorxuya salıb.

Metbuat.az xəbər verir ki, Türkiyənin Artvin,Rizə,Trabzon,Qars,Ərzincan,Muş,Diyarbəkir bölgələrində müşahidə edilən bu hadisə nəticəsində insanlar təşvişə düşüblər.

Ege Universiteti dossenti Doktor Ozan Ünalan bu yaşananlara aydınlıq gətirərək bildirib ki, bu meteor hadisəsidir.


Onun sözlərinə görə Türkiyədə xüsusən də Cənub-Şərqi və Şərqi Qara dəniz ətraflarında meteor düşməsi hadisəsi yaşanıb. Şahidlərin ifadələrinə görə, 3 dəqiqədən sonra partlayış ilə böyük bir şüa görüntüsünün müşahidə edildiyi bu hadisə adi bir meteor hadisəsidir.

İlkin məlumatlara görə, meteor Türkiyə Gürcüstan sərhədində ki əraziyə düşüb.

Mənbə: NTV.COM


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR