Şəmkirdə avtomobil qaçıran şəxs saxlanıldı

Mayın 26-da axşam saatlarında Şəmkir rayon Keçili kənd sakini Pərvin Quliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmkəndilisi Sənan Məmədlinin onun başına taxta parçası ilə vuraraq “Daweoo Nexia” markalı avtomobilini qaçırdığını bildirib.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, verilən məlumata görə, dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində S. Məmmədli qaçırdığı avtomobil ilə rayon ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. Saxlanılan şəxs ifadəsində hadisəni içkili halda törətdiyini, avtomobili qaçırmaq fikrinin olmadığını bilidirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR