Karantin rejimi iyunun 14-dək uzadıldı

.

Moskvada özünütəcrid rejiminin müddəti iyun ayının 14-dək uzadılıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat verən mer Sergey Sobyanin bildirib ki, karantin rejimi ilə bərabər Moskvada xüsusi buraxılış və digər məhdudlaşdırıcı tədbirlərin də müddəti uzadılıb. Fərmana əsasən

Moskvada iyun ayın 14-nə kimi restoran, kafe, ticarət mərkəzləri və gözəllik salonlarının fəaliyyətinə icazə verilməyəcək.

Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən müşavirədə iyun ayın 1-dən Moskva sakinlərində qrafiklə həftədə üç dəfə parklarda gəzintiyə çıxmağa icazə verilməsi təklif edilib. Moskvada ictimai yerlərdə məcburi maska və əlcəkdən istifadə rejimi gücləndiriləcək.

Qeyd edək ki, Rusiyada yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar mart ayının 28-dən mərhələli şəkildə özünütəcrid rejimi tətbiq olunub.

Mənbə: Reuters.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR