Abituriyentlərin DİQQƏTİNƏ! - Bu ixtisaslar üzrə qabiliyyət imtahanı olmayacaq - SİYAHI

.

Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi COVID-19 infeksiyası ilə əlaqədar 2020-2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.

Metbuat.az xəbər verir ki, 2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisaslar üzrə qabiliyyət imtahanı olmayacaq.

1. Musiqi müəllimliyi

2. Təsviri incəsənət müəllimliyi

3. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi

4. Məşqçilik

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər.

Aşağıdakı ali təhsil müəssisələrininin dizayn ixtisası üzrə isə qabiliyyət imtahanları ümumiyyətlə tələb olunmur.

1. Azərbaycan Dövlət İqtisad Universiteti

2. Azərbaycan Dövlət Aqrar Universiteti

3. Azərbaycan Texnologiya Universiteti

4. Bakı Xoreoqrafiya Akademiyası

5. Qərbi Kaspi Universiteti

6. Xəzər Universiteti

7. Odlar Yurdu Universiteti

Aşağıdakı ixtisaslar üzrə isə qabiliyyət imtahanları fənlərin sayını azaltmaqla keçiriləcək:

1. Aktyor sənəti

2. Bəstəkarlıq

3. Dekorativ tətbiqi sənət (sahələr üzrə)

4. Dirijorluq (sahələr üzrə)

5. Heykəltəraşlıq

6. İnstrumental ifaçılıq (sahələr üzrə)

7. Musiqişünaslıq

8. Operator sənəti

9. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

10. Qrafika

11. Rejissorluq

12. Rəngkarlıq

13. Vokal sənəti (sahələr üzrə)

14. Xoreoqrafiya sənəti (sahələr üzrə)

V ixtisas qrupunda ümumiyyətlə 19 ixtisas mövcuddur. Həmin ixtisaslar aşağıdakılardır:

1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi

2. Məşqçilik

3. Təsviri incəsənət müəllimliyi

4. Dizayn (sahələr üzrə)

5. Musiqi müəllimliyi

6. Aktyor sənəti

7. Bəstəkarlıq

8. Dekorativ tətbiqi sənət (sahələr üzrə)

9. Dirijorluq (sahələr üzrə)

10. Heykəltəraşlıq

11. İnstrumental ifaçılıq (sahələr üzrə)

12. Musiqişünaslıq

13. Operator sənəti

14. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

15. Qrafika

16. Rejissorluq

17. Rəngkarlıq

18. Vokal sənəti (sahələr üzrə)

19. Xoreoqrafiya sənəti (sahələr üzrə)

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR