Türkiyənin "Qalatasaray" klubu Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyi ilə bağlı paylaşım edib

Türkiyənin "Qalatasaray" klubu Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyi ilə bağlı paylaşım edib.

Metbuat.az apasport-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Super Liqa komandası rəsmi feysbuk və tvitter səhifəsi vasitəsilə paylaşım edib: "Dost və qardaş ölkə Azərbaycanın Cümhuriyyət bayramı mübarək olsun!".

Qeyd edək ki, Türkiyənin digər klubu "Çaykur Rizəspor" da sosial şəbəkə vasitəsilə Azərbaycana təbrik mesajı yayımlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR