Sumqayıtda keçmiş məhkumdan 1.6 kq heroin götürüldü

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş B.Əhmədovdan 1 kiloqram 65,706 qram heroin götürülüb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları isə istixanada kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlayıblar.

Maştağa qəsəbə sakini, əvvəllər məhkum olumuş Ə.Cavadovun həyətindən 25 ədəd çətənə kolu və 495 qram marixuana aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR