.

Azərbaycanda koronavirusdan sağalanların sayı 2897-yə çatdı

Hazırkı dövrədək ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a bildirilib ki, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR