Koronavirus qurbanlarının sayı 360 mini keçdi

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 860 min 133 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, virusdan ölənlərin sayı 360 min 46 nəfərdir. İndiyədək 2 milyon 540 min 977 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR