.

Meşədə narkotik becərən Oğuz sakinləri saxlanıldı

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmazqışlaq kənd sakinləri - Elşad Seyidəliyev və İlkin Atakişiyev saxlanılıb. E.Seyidəliyevin kəndin meşəlik ərazisində ağac və kolların arasında 12, İ.Atakişiyevin isə 10 ədəd xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Oğuz RPŞ-də saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR