At çapması ilə fenomenə çevrilən Gülaydan üzücü xəbər

Sosial şəbəkədə at çapmaqla fenomenə çevrilən Gülay Fərzəliyeva uzun müddət sevdiyi hobbisindən kənarda qalacaq.

Metbuat.az xəbər verir ki, bu barədə 12 yaşlı Gülayın "İnstagram” hesabında məlumat paylaşılıb.

Bildirilir ki, o, yelləncəkdən yıxılıb və sağ ayağı sınıb.

"Gülay parkda yelləncəkdə yellənərkən yıxıldı və sağ ayağı dizdən yuxarı sındı. Hal-hazırda xəstəxanadadı. Biz əsasən təhlükəni atlardan gözləyirdik, lakin əksi olaraq tam başqa yerdən gəldi. Gülay bir il sizdən ayrı qalacaq, dualarınızı əsirgəməyin”,- deyə paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR