Qonşusunun evindən qızıl oğurlayan şəxs tutuldu - VİDEO

.

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkmişin qonşusu Əli Rəsulov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, oğurladığı qızılları rayonda yerləşən qızıl-zinət mağazalarından birinə satıb və əldə etdiyi pulu öz əyləncəsi üçün xərcləyib. Əli Rəsulov törətdiyi cinayəti etiraf edib və tutduğu əməldən peşimanlığını bildirib. Faktla bağlı RPŞ-də araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR