.

Bütün sahələr üzrə karantin qaydalarını pozanlar məsuliyyətə cəlb ediləcək

Bütün sahələr üzrə - həm fərdi sahibkarlıq subyektlərinin, həm də hüquqi şəxslərin, eləcə də xidmət verənlər və xidmət alanların hamısını qayda pozuntusuna görə məsuliyyət gözləyir.

Metbuat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O əlavə edib ki, müvafiq təlimatlarda hər bir kəsin məsuliyyəti öz əksini tapacaq:

"Burada hər iki tərəfin - xidmət verən və xidmət alanın məsuliyyətli olması çox vacibdir. Bununla əlaqədar olaraq da cərimələr tətbiq ediləcək. İstər qaydalara əməl etməyən nəqliyyat vasitələrinin sürücüləri, istərsə də iaşə obyektlərində, marketlərdə çalışan əməkdaşlar qaydalara görə məsuliyyət daşıyırlar. Bu müəssisələrdəki fəaliyyətin monitorinqini aparan hüquq-mühafizə orqanları cərimələrin tətbiqi ilə əlaqədar olaraq müvafiq direktivləri verəcəklər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR