.

'Brent" markalı neftin qiyməti 38 dolları ötdü

Dünya bazarında xam neftin qiyməti yenidən artıb.

Metbuat.az xəbər verir ki, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 6% artaraq 38,17 ABŞ dolları təşkil edib.

Bu markalı neftin qiyməti sonuncu dəfə martın 6-da 38 ABŞ dollarından yuxarı olmuşdu.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 6% artaraq 36,11 ABŞ dolları olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR