TƏBİB reanimasiyadakı koronavirus xəstələrinin sayını açıqladı

Azərbaycanda koronavirusla bağlı 30 may 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4661 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 294 min 264-ə çatıb.

Hazırda reanimasiyada olan xəstə sayı 82, süni tənəffüs cihazında olan xəstə sayı 15-dir.

Azərbaycanda hazırkı dövrədək 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR