.

Sabahdan Azərbaycanın ən böyük ticarət mərkəzi fəaliyyətə başlayır

.

Azərbaycanın və Qafqazın ən böyük ticarət mərkəzi sabahdan şəaliyyətə başlayır.

Metbuat.az xəbər verir ki, "Dəniz Mall" sabahdan fəaliyyətə başlayır. Bu barədə ticarət mərkəzinin səhifəsində deyilir.

Qeyd olunur ki, ticarət mərkəzinə daxil olarkən koronovirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir:

"Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, "Dəniz Mall" 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronovirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifafə etməyinizi xahiş edirik. Qeyd edək ki, ticarət mərkəzində yerləşən kinoteatr, əyləncə mərkəzləri və bütün iaşə obyektləri Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən bir müddət daha fəaliyyət göstərməyəcək".

"Dəniz Mall" Dənizkənarı Bulvarın ərazisində yerləşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR