.

"Palmali Holding"dən müflis olma xəbərinə reaksiya - "Şirkətin nüfuzuna..."

"Palmali Holding”in müflis olması xəbəri təkzib edildi

Metbuat.az xəbər verir ki, şirkətin nümayəndəsi Fidan Quliyeva yayılan xəbərlərin əsassız olduğunu bildirib. Belə ki, o, sosial media hesabında yaydığı açıqlamada bunları qeyd edib:

"Palmali Holding-in müflis elan edilməsi barədə xəbər əsassızdır və şirkətin nüfuzuna zərər vermək məqsədi daşıyır. Belə qeyri-ciddi məlumatı yayan saytlar “Palmali” şirkətinin mövqeyini heç öyrənməyə cəhd etməyiblər. Bu da onların qeyri-peşəkarlığını və xəbərin sifarişli olmasını göstərir. Bunu tam məsuliyyəti və ciddiliyi ilə bildirirəm. Qısa müddət ərzində bununla bağlı ətraflı məlumat tərəfimizdən ictimaiyyətə açıqlanacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR