.

Türkiyədə koronavirus qurbanlarının sayı 4540-a çatdı

Türkiyədə son sutka ərzində 25 nəfər koronavirusdan dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 989 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4540, yoluxanlar isə 163 min 942 nəfərə çatıb.

Türkiyədə indiyədək 127 min 973 xəstə sağalaraq evə buraxılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR