Azərbaycanda ana və qızının güllələndiyi qətlin

Ağdam sakini anasını və bacısını öldürüb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Zeynallı Toğrul Musa oğlu qısqanclıq zəminində anası, 1979-cu il təvəllüdlü Zeynalova Nazirə Həmid qızını ov silahı ilə atəş açaraq öldürüb.

Hadisəni görən 21 yaşlı bacısı Zeynallı Əminə Musa qızı evdən qaçıb. Bacısının arxasınca düşən T. Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq həmin silahla öldürərək qaçıb.

Hazırda Bərdə rayonunun Polis Şöbəsinin əməkdaşları T. Zeynallının saxlanılması ilə bağlı əməliyyat keçirir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb. (Apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR