Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən uşaqlarla bağlı təsirli videoçarx

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni videoçarx yayımlayıb.

Videoçarxda hər bir uşaq üçün valideynlərinin nə qədər qiymətli, dəyərli olduqları, valideyn doğmalığının əvəzsiz nemət olması elə uşaqların öz baxışı, öz dili ilə təqdim edilir. Onlar bu barədə təbii təsəvvür vədüşüncələrini bölüşürlər.

Uşaqların valideyn qayğısı ilə əhatə olunmasının onlar üçün nə qədər böyük dəyər və məna kəsb etdiyini nümayiş etdirən videoçarx övlada bağlılığın təbliği, uşaqların atılmasının qarşısının alınması istiqamətindəmaarifləndirmə məqsədi daşıyır.

Videoçarxı təqdim edirik:




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR