Kuba və ABŞ gələn həftə səfirliklərin açılması məsələsini müzakirə edəcək

01:37 18 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+

[ 18 Yanvar 2015 01:32 ]

Bakı-APA. Kuba və ABŞ nümayəndə heyətləri münasibətlərin normallaşdırılmasına dair danışıqların gələn həftə Havanada keçiriləcək birinci raundu zamanı səfirliklərin açılması məsələsini müzakirə edəcəklər.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Kuba XİN-in açıqlamasında deyilir.

 

Qeyd edək ki, yanvarın 21-də nümayəndə heyətləri miqrasiya məsələləri, əsasən də, qeyri-qanuni miqrasiya və gizli sahibkarlıq ilə mübarizə tədbirləri müzakirə olunacaq.

 

Yanvarın 22-də isə diplomatik münasibətlərin bərpası, həmçinin, səfirliklərin fəaliyyətinin  bərpası məsələsi ilə bağlı ilk görüşün keçirilməsi planlaşdırılıb.   

 

Kuba XİN rəhbərinə görə, danışıqlarda ABŞ-ın nümayəndə heyətinə ABŞ dövlət katibinin köməkçisi Robert Ceykobson rəhbərlik edəcək.   

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR